RU

Anormal istilik xəbərdarlığı: "Ölənlərin sayı artacaq"

Anomal istilərin yaratdığı fəsadlar inkişaf etməmiş bölgələrdə, xüsusilə Uzaq Şərq, Afrika və Cənubi Amerikada müşahidə olunur.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu, "204 Ölkə və Bölgədə İdeal Olmayan Temperaturla Əlaqədar İnsult Yükü" adlı araşdırma nticəsində məlum olub. 

Araşdırmaya görə, 2019-cu ildə qlobal istilər nəticəsində 521 034 nəfər həyatını itirib. 

Tədqiqat aparan alimlər bildirib ki, hava istiliyinin 35 dərəcədən yuxarı olması risk hesab olunur. Bu zaman orqanizmdə həddindən artıq maye və mineral itkisi baş verir. Nəticədə qan konsentrasiyası və laxtalanma meyli artır. Qanın konsentrasiyasının sıxlığını normallaşdırmaq üçün çoxlu maye qəbul etmək lazımdır. 

 Alimlərin fikrincə, yüksək hərarət insult hallarını artırır. İndiyə kimi anormal temperaturlara görə insultdan ölüm halları kişilərdə 7,7 faiz, qadınlarda isə 5,89 faiz təşkil edib.

Araşdırmaya əsasən, anomal istilər gələcəkdə insultdan ölüm hallarını daha da artıracaq.

Gülşən Şərif

Избранный
142
1
bakivaxti.az

2Источники