Bakıda restoranda yanğın başlayıb.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.