2024-cü ildə Ermənistanın dövlət büdcəsində 100 milyard dram, təqribən 260 milyon dollar kəsir yaranacaq.
APA-nın xəbərinə görə, bunu “CivilNet” portalına müsahibəsində maliyyə naziri Vahe Ovannisyan bildirib.
O deyib ki, az rentabelli sahələr üzrə vergi yığımlarında ciddi problemlər yaranıb: “Bu sektorlardan biri qızıl idxalı sahəsidir. Burada son dövrlər Rusiya qızılının tranziti səbəbindən ciddi artım qeydə alınıb” – deyə, V. Ovannisyan fikirlərini tamamlayıb.