RU

Türkiyədə may ayında 2 min 759 şirkət bağlanmışdır

Bakı. TurkicWorld:

Türkiyədə qurulan şirkətlərin sayı may ayında əvvəlki aya görə 57,3 % artaraq 10 min 72, bağlanan şirkətlərin sayı isə 49,2% artaraq 2 min 759-a çatıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) may ayı üçün qurulan və bağlanan şirkətlərin statistikasını açıqlayıb.

Məlumata görə may ayında qurulan şirkətlərin sayı aprel ayına görə 57,3% artaraq 6 min 405-dən 10 min 72-yə yüksəlib. Eyni dövrdə bağlanan şirkətlərin sayı isə 49,2 faiz artaraq 2759-a çatıb. Aprel ayında isə 1849 şirkət bağlanıb.

Qeyd edək ki, ötən ilin eyni ayı ilə müqayisədə may ayında qurulan şirkətlərin sayı 0,3 faiz, bağlanan şirkətlərin sayı isə 37,5 faiz artıb.

Избранный
73
turkic.world

1Источники