RU

Dövlət qurumu işçi axtarır - VAKANSİYA

Dövlət qurumu

Baş məsləhətçi - smeta üzrə mühəndis

Son tarix 27 iyl 2024 - hr@lin-shzbti.az

İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı

Vəzifə funksiyaları:

  • Tikinti quraşdırma və təmir işləri üzrə smetaları tərtib etmək;
  • Qiymətlərin və ya həcmlərin dəyişməsi zamanı smetada müvafiq dəyişikliklər etmək;
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
  • Podrat və subpodratçıların cəlb edilməsi üçün sahədən təqdim edilmiş tələbnamə əsasında materiallar və ya işçiliyin spesifikasiyası, sayı və texniki xarakteristikasını təsdiqlənmiş smeta əsasında yoxlamaq və müvafiq departamentlərə yönəltmək;
  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Sifarişçi dövlət qurumları olan obyektlərin iş həcmlərinin qəbul edilməsi üçün AZDTN qaydalarına uyğun olaraq sənədləşməni aparmaq;
  • Smetaların tərtibi üçün bazar qiymətlərini analız edərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərini müəyyən etmək;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması.
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Vahid qiymət analizləri;
  • Aralıq ödənişlərinə nəzarət;
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Ali təhsil ; (Tikinti, memarlıq, mühəndislik və ya inşaat sahəsi üzrə) 
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; 
  • PMİ (PMP),və layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar;
  • Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri,tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını bilmək;
  • Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını bilmək;
  • MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.), AutoCAD üzrə biliklər; .
  • Liderlik və İdarəetmə qabiliyyəti;

Müraciət etmə qaydaları: 

Xahiş olunur CV-lərinizi 25 İyul 2024-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Baş məsləhətçi (Smeta üzrə mühəndis)”  qeyd etməklə e-mail adresinə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

 

 

Избранный
90
1
oxu24.com

2Источники