ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda NATO sammiti çərçivəsində xarici işlər nazirlərinin görüşünə dəvət edib.
"Operativ Media" xəbər verir ki, bunu Bakıda keçirilən brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
"ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan da daxil olmaqla bütün NATO tərəfdaşları üçün tədbir keçirir. Ona görə də hər iki ölkənin iştirakını gözləyirəm. Bu görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Ümumilikdə 30 tərəfdaş dövlət iştirak edəcək", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
NATO-nun yubiley sammiti Şimali Atlantika Müqaviləsinin imzalanmasının 75-ci ildönümü şərəfinə 2024-cü il iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.