Braziliya millisinin sabiq müdafiəçisi Kafu İngiltərə Premyer Liqasını tənqid edib. Matc.az xəbər verir ki, bu barədə məlumatı “Mundo Deportivo” paylaşıb. “Qorxuram ki, nə qədər çox braziliyalı Premyer Liqaya keçsə, Braziliyanın dünya çempionatını qazanmaq şansı bir o qədər az olacaq. Mən La Liqaya üstünlük verirəm, çünki oradakı komandalar finala çıxmaq və onu qazanmaq üçün daha ciddidirlər. La Liqa kameralar önündə ispan futbolçular haqqında yalan danışmır və onları dünyaya tanıtdırmır. Onlar miflərdən yox, futboldan danışırlar. Təsəvvür edin ki, hər həftə media tərəfindən beyniniz yuyulur və sizə dünyanın ən yaxşısı olduğunuzu deyirlər, halbuki əslində isə bu belə deyil”. Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən son dünya çempionatında Braziliya yığması Xorvatiyaya uduzduğu (1:1, pen. 4:2) 1/4 finala qədər yüksələ bilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта