RU

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq SMS göndərilib

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə cari il iyunun 20-də və 26-da “Bakcell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İşçi Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) göndərilib.

Dövlət Komissiyasının mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, SMS-lər mərhələli qaydada 6 gün ərzində təqribən 2 milyon 127 min 390 abunəçiyə ünvanlanıb.

Избранный
35
3
avtosfer.az

4Источники