RU

Yeni qəbul edilən qanun layihəsində boşluqlar var – NƏQLİYYAT ESKPERTİNDƏN AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən plenar iclasında parklanma ilə bağlı yeni cərimələr müəyyənləşib.

Avtosfer.az xəbər verir ki, qəbul edilən qərarda bir çox cərimələrin miqdarı artılıb. Belə ki, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə də cərimə məbləğinə dyişiklik edilib. Belə ki, hazırda 10 manat təşkil edən cərimə məbləği dəyişdirilərək 60 manat olacaq.

Nəqliyyat Eksperti Elməddin Muradlı deyir ki, bu əlavə və dəyişikliklərin qüvvəyə minməsi parklanma ilə bağlı ümumi vəziyyəti yaxşılaşdırsa da, ümumilikdə yenui qəbul edilən qərarlarda da boşluqlar olduğundan, eləcə də, həyata keçirilməsinə xüsusi nəzarət tələb edildiyindən, problemlərin ümumi həllində hələ bir müddət çətinlik olacaq.

“Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsində bir sıra maddələrlə bağlı dəyişikliklər müzakirə olunaraq 3-cü oxunuşdan keçib. Bu o deməkdir ki, bu dəyişikliklər Milli məclis tərəfindən qəbul edildikdən sonra cənab Prezidentin imzalanması üçün təqdim edilir. Bundan sonra həmin dəyişikliklər qüvvəyə minəcək. Burda bir çox yeniliklər var. Velosiped və skuterlərin parklanmasına görə cərimələr nəzardə tutulacaq. Taksi parklarında digər nəqliyyat vasitələrin parklanmasına görə yeni cərimə məbləği müəyyənləşib. Müxtəlif üsullarla sürücülərin özləri üçün parklanma yerləri rezerv və ya zəbt etmə məqsədilə bağlı cərimə tətbiq edilməsi məsələlərinə toxunulub”.

Qeyd edək ki, qanun layihəsi müzakirəyə çıxarılaraq 3-cü oxunuşdan sonra qüvvəyə minib.

Səfər Əlizadə

Избранный
38
avtosfer.az

1Источники