RU

Enerji təhlükəsizliyi məsələsində Azərbaycan-ABŞ əməkdaşlığı nümunəvi xarakter daşıyır -Samir Şərifov

Enerji təhlükəsizliyi məsələsində Azərbaycan və ABŞ arasında sıx əməkdaşlığı nümunəvi xarakter daşıyır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-nin müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Nazir bildirib ki, iki ölkə arasında münasibətlər sağlam bünövrəyə, sıx tərəfdaşlığa əsaslanır.

"Strateji xarakter alan münasibətlərimiz güclü ticarət tərəfdaşlığına da təkan verməlidir. Azərbaycan hökuməti olaraq COP29-da verilən dəstəyə görə ABŞ-yə təşəkkür edirik. COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan hesab edir ki, dünyanın aparıcı iqtisadiyyatına sahib ABŞ COP29-un qarşıya qoyduğu məqsədlərin reallaşmasına xüsusilə də maliyyə çağırışlarının həllinə olduqca yüksək töhfə verə bilər", - nazir vurğulayıb.

Nazir onu da əlavə edib ki, qlobal çağırışlatəra cavab verən, beynəlxalq təhlükəsizliyin təmin olunmasına və terrorizmə qarşı mübarizədə uzumüddətdən bəri davam edən birgə fəaliyyət məmnunluq doğurur.

"Biz eyni zamanda Prezident Baydenin Azərbaycanın Cənubi Qafqazda davamlı və dayanıqlı sülh addımlarına verdiyi dəstəyi yüksək qiymətləndiririk. Yekun sülh sazişinin imzalanmasına yönələn səylərimizi davam etdirməklə sülhə istəkli olduğumuzu nümayiş etdiririk. Azərbaycan Cənubi Qafqazda sülh istəyir, sülh yalnız Azərbaycan və Ermənistan arasında nomallşma vasitəsilə mümkündür. Azərbaycanın regionda aparıcı rol oynamasının ABŞ tərəfindən tanınması şübhəsiz ki, ölkələrimiz arasında əlaqələrin strateji baxımdan dərinləşməsinə töhfəsini verir", - nazir qeyd edib.

Избранный
74
2
ikisahil.az

3Источники