Bakı. TurkicWorld:
Azərbaycan ABŞ-yə COP29 çərçivəsində dəstəyə görə təşəkkür edir.
TurkicWorld xəbər verir ki, bunu bu gün maliyyə naziri Samir Şərifov ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 248-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
"COP29-un sədri kimi Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verir. Biz inanırıq ki, ABŞ COP29 məqsədlərinin həyata keçirilməsinə və maliyyə məsələlərinin həllinə mühüm töhfə verə bilər", - o əlavə edib.