Hizbullah İsrailin şimalındakı Kibbutz Qaatonda 411-ci zenit-artilleriya diviziyasının qərargahına edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. BUTA.TV xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb. “İslam müqavimət döyüşçüləri tərəfindən buraxılan kamikadze PUA-lar günorta saatlarında Kibbutz Qatondakı 411-ci zenit-artilleriya diviziyasının qərargahını və düşərgəsini vurub”, - deyə bildirilib.