Ermənistan iyulda keçiriləcək NATO sammitinə dəvət alıb.
OXU24.COM xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan bildirib.
“Ermənistan dəvət alıb və iştirakını təsdiqləyib”, - diplomat qeyd edib.
Qeyd edək ki, NATO-nun sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək. Tədbirdə Şimali Atlantika Alyansına üzv olan 32 ölkə, eləcə də dəvət olunmuş digər dövlətlərin nümayəndələri iştirak edəcək.