RU

Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb

Balaxanı Sənaye Parkının rezidentlərindən biri və İngiltərənin ən böyük sürtgü yağları istehsal edən şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi "Exol Azerbaijan" QSC 2023-cü ili 2 milyon 77 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 660 min manat xalis mənfəət ilə bağlamışdı.  Beləliklə, "Exol Azerbaijan"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 583 min manat və ya 22% azalıb.

 

Marja.az xəbər verir ki, "Exol Azerbaijan" şirkətinin əsas əməliyyat gəliri 2022-ci ildə 7 milyon 231 min manat ikən, 2023-ü ildə 6 milyon 187 min manata düşüb (1 milyon 44 min manat və ya 16,9% azalıb).

 

Ekol Azerbaijan Sürtgü yağlar
Избранный
68
1
marja.az

2Источники