Nigeriyada idarəetməni itirən sürücü yük maşınını (TIR) cümə namazı üçün toplaşan insanların üzərinə sürüb.
Milli.Az report-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində 14 nəfər ölüb, çoxlu sayda yaralı var.
Yayılan rəsmi açıqlamalarda yaralıların xəstəxanalara yerləşdirildiyi, ölənlərin sayının artacağının istisna edilmədiyi vurğulanıb.
Milli.Az