RU

Fitch Solutions: Azərbaycanın cari əməliyyatlar balansı qarşıdakı on ildə profisitli olacaq

Azərbaycanın cari əməliyyatlar balansı (CƏB) qarşıdakı 10 il ərzində profisitli olacaq.

Bu barədə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin Azərbaycan üzrə proqnozunda bildirilib.

FS 2024-cü il üzrə CƏB-in ÜDM-də payını 23,7%, 2025-cü il üzrə isə 21%, 2026-cı il üzrə 17,7% proqnozlaşdırıb. “Fitch Solutions” 2030-cü ilə kimi CƏB-in profistinin 10%-dın yuxarı olacağını müəyyən edib. FS-nin analitikləri hesab edir ki, 2031-ci ildə CƏB-in profisiti 7,3%, 2032-ci ildə 4,9%, 2033-cü ildə isə 2,7% təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib.

Избранный
179
7
banker.az

5Источники