RU

Demokratlar Baydenin namizədliyini geri çəkməyi düşünür - İDDİA

ABŞ-də prezidentliyə namizədlər arasında keçirilən ilk teledebatdan sonra Demokrat Partiyasında yeni namizədin tapılması fikri güclənib. 


Sfera.az xatırladır ki, ötən gün hazırkı Prezident, demokrat namizəd Co Bayden ilə respublikaçıların namizədi Donald Tramp arasında CNN kanalında teledebat keçirilib. Doxsan dəqiqə davam edən debat zamanı Tramp daha çox dəstək qazanıb. 


Siyasi dairələrdə, mediada verilən şərhlərdə Baydenin bu göstəricilərlə seçkidə qalib gəlməsinin az ehtimal olunduğu vurğulanıb. 


“New York Times” qəzetinin yazdığına görə demokratlar arasında Baydenin namizədliyinin dəyişdirilməsi fikri güclənməkdədir. Prezident seçkiləri üçün yarışan Co Baydenin respublikaçı rəqibi Donald Trampla ilk canlı yayım debatında davranışı partiyasında çaxnaşma yaradıb. İddialara görə Baydenin səhhətindən narahat olan demokratlar ikinci prezidentlik dövrü üçün onun güclü namizəd olmadığı qənaətinə gəliblər. 


Nəşr iddia edir ki, bu ilin avqustunda demokratlar namizəd məsələsinə bir daha baxıb Baydeni digər şəxslə əvəzləyə bilər. 


ABŞ-də seçkilərlə bağlı növbəti debat sentyabrın 10-da ABC kanalında təşkil olunacaq. Bu debata demokratlar yeni namizədlə çıxa bilərlər.


Vasif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
118
11
sfera.az

10Источники