RU

“Azercell” abunəçilərinə BƏD XƏBƏR: bu kampaniya və xidmətlər ləğv edilir

İyulun 30-dan etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Tiktok internet paketi" və "Günlük Bölgə" kampaniyaları ləğv ediləcək.

Anons.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı "Azercell Telekom" müvafiq qərar qəbul edib.

Həmin kampaniyalara qoşulmuş abunəçilər müvafiq kampaniya çərçivəsində təqdim edilən paketlərdən istifadə müddəti bitənədək istifadəyə davam edə biləcəklər.

İyulun 30-dan etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Duet Kart", "Əkiz Kart" və "Video Zəng" xidmətləri ləğv ediləcək.

"Duet Kart" və "Əkiz Kart" xidmətindən istifadə edən abunəçilər 30 iyul tarixinədək Müştəri Xidmətlərinə yaxınlaşaraq ödənişsiz əsaslar ilə SIM kart dəyişikliyi əməliyyatını həyata keçirə bilərlər. 

Избранный
225
9
anons.az

10Источники