Almaniyanın ev sahibliyi etdiyi AVRO-2024-ün son 16 turunun ilk oyunlarına bu gün start veriləcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, günün ilk oyununda A qrupunda ikinci olan İsveçrə B qrupunda ikinci olan İtaliya ilə qarşılaşacaq.
Bakı vaxtıyla 20:00-da başlayacaq qarşılaşma Berlindəki "Olimpiya Stadion"unda oynanılacaq.
A qrupunun lideri Almaniya millisi C qrupunun ikincisi olan Danimarka ilə 23:00-da qarşılaşacaq.
Qarşılaşmaya "Vestfalen" stadionu ev sahibliyi edəcək.