Lianyunqanq limanındakı Qazaxıstan-Çin logistika terminalında Koreya – Çin – Qazaxıstan – Özbəkistan marşrutu üzrə pilot qatarın yola salınması ilə bağlı rəsmi mərasim keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan dəmir yolu şirkətinin “Qazaxıstan Temir Yolu” ASC-nin mətbuat xidməti məlumat yayıb.
Tədbirdə hər dörd ölkənin dəmir yolu administrasiyalarının nümayəndələri iştirak ediblər.
Avtomobil ehtiyat hissələri ilə yüklənmiş qatar 7 min km məsafə qət edib.
Qeyd edilir ki, pilot qatarın fəaliyyətə başlaması ölkələr arasında iqtisadi qarşılıqlı əlaqə və multimodal nəqliyyatın inkişafı üçün yeni yollar açacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”