Brüssel ölkənin iqtisadi islahatlarını dəstəkləmək üçün Qahirəyə bir milyard avro ayırıb.
TASS xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qahirədə Misir-Avropa İttifaqı investisiya forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
“Biz mart ayında Misirlə 7,4 milyard avro məbləğində yardım müqaviləsi imzaladıq. Bu gün ölkədə aparılan iqtisadi islahatlara dəstək məqsədilə vəd edilmiş məbləğin bir milyardını Qahirəyə ayırırıq”, - o bildirib.