RU

"Akkuyu" AES-in əməkdaşlarını daşıyan avtobus aşıb:ÖLƏN VƏ YARALANANLAR VAR

Türkiyənin Mersin şəhərində “Akkuyu” Atom-Elektrik Stansiyasının əməkdaşlarını daşıyan avtobusun iştirakı ilə zəncirvari qəza baş verib.


Türkiyə mətbuatının xəbərinə görə, nəticədə iki nəfər ölüb, 35 nəfər yaralanıb.


Hadisə digər avtomobilin xidməti avtobusun yoluna çıxması nəticəsində baş verib. Nəticədə arxadan gələn başqa bir avtomobil də həmin maşınlara çırpılıb. Əraziyə çoxsaylı təcili yardım avtomobilləri cəlb olunub. Ölənlərdən biri “Akkuyu” Atom-Elektrik Stansiyasının əməkdaşı olan qadın, o biri isə digər avtobusdakı hərbi qulluqçudur.


Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Избранный
56
5
senzor.az

6Источники