RU

Növbədənkənar parlament seçkilərinə sentyabrın 22–dək yekun vurulacaq

Növbədənkənar parlament seçkilərinin nəticələrinin yoxlanılması və yekun vurulması prosesinin nə zaman başa çatacağı məlum olub.

E-huquq.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Избранный
68
6
e-huquq.az

9Источники