RU

Entoni Qordon velosipeddən yıxılıb baş-gözünü əzdi

AÇ-2024-də iştirak edən İngiltərə yığmasının və “Nyukasl”ın sol vingeri Entoni Qordon velosipeddən yıxılaraq yüngülcə zədələnib.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Qordon velosipedlə yürüşdə ikən, əyləci səhv salıb və üzüstə yerə gəlib. Nəticədə Entoni burnunu, çənəsini, buxağını əzib, həmçinin qolu, dirsəyi və əlləri isə sıyrılıb.

Başına iş gəlmiş kişi hadisədən sonra tez özünü toplayıb və baş vermiş əhvalatı mətbuat üçün təbəssümlə şərh edib:

“Biz bərpa veloyürüşündə idik. Ailəm üçün qısa bir video çəkməyə çalışdım, sadəcə onlara nə etdiyimi göstərmək üçün, amma nə baş verdiyini anlamadan özümü yerdə üzüqoylu gördüm.

Bir neçə sıyrıntım, bir neçə kəsiyim var, amma ağrılı heç nə yoxdur.

Velosipedlər elektriklidir, buna görə də adi velosipedlərdən daha sürətlidirlər. İngiltərədə ön əyləc sağ tərəfdədir. Ona görə də yavaşlamaq üçün sol tərəfə basmağa çalışdım, amma bu, sürəti azaltmadı, tamamilə dayandı, bundan sonra bir neçə metr yuxarıya uçdum”, deyə Entoni Qordon başına gəlmiş qəzavü-qədəri təsvir edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
arena.az

1Источники