RU

Dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir- FAKTİKİ HAVA

İyunun 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətimdən APA-ya verilən xəbərə görə, bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

iyunun 29-u saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 01-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Избранный
113
17
apa.az

10Источники