İsrail Livanla sərhəddə yerləşən İsbaulcali bölgəsinə hücum edib.
Oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan "Hizbullah"la döyüşür.
Son həftələr İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır.
İsrail ordusunun oktyabrın 8-dən Livana qarşı həyata keçirdiyi hücumlarda indiyədək 352 "Hizbullah" üzvü ölüb.