RU

Emil Səfərov “Neftçi”də - Rəsmi

Premyer Liqanı tərk etmiş “Qəbələ”nin gənc yarımmüdafiəçisi Emil Səfərov bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan milli komandasının da üzvü olan Emil Səfərovla 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyurdu. O, sözügedən komanda ilə 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

Emil Səfərov Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

Xatırladaq ki, “Neftçi” daha öncə Kosovonun “Ballkani” klubundan azad agent kimi ayrılmış Edvin Kuçu da heyətinə qatdığını açıqlamışdı. Ömər Buludov (“Araz-Naxçıvan”), Rüfət Abbasov (“Şamaxı”), Turan Vəlizadə (“Araz-Naxçıvan”), Eddi İsrafilov, Reziuan Mirzov (“Ximki”, Rusiya), Aqil Məmmədov və Ataa Caber isə paytaxt klubundan ayrılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
arena.az

1Источники