RU

Yalan deyirlər, Qarabağ ermənilərinin kütləvi köçü…

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Qarabağ ermənilərinin respublikadan köçü haqda yaydığı məlumat həqiqəti əks etdirmir.
BUTA.TV xəbər verir ki, bu sözləri Qarabağdan getmiş “siyasətçi” Akop Akopyan deyib. O bildirib ki, iyunun 1-nə olan məlumata görə, Qarabağdan Ermənistana köçən ermənilərdən 17743 nəfərin ölkəni tərk etdiyi, onlardan yalnız 7435 nəfərin geri qayıtdığı iddia edilib: “Yəni iyunun 1-nə olan məlumata görə, Qarabağdan gedən 10 308 erməni Ermənistanı birdəfəlik tərk edib. Qonşuluğumuzu tərk edənlərin sayına görə biz bu rəqəmlərə inanmırıq. Gedənlərin sayı göstəriləndən qat-qat çoxdur, lakin qeyd etmədiyimiz üçün dəqiq rəqəm deyə bilmərik”. O bildirib ki, təkcə Qarabağdan gedənlər deyil, Ermənistanda olan ermənilər də ölkəni tərk etməyə çalışır. Səbəb isə işsizlikdir:

“Böyük əksəriyyət isə Rusiyaya gedir və orada məskunlaşır. Çünki Rusiyada iş tapmaq asandır, giriş-çıxışda problem yoxdur, dili də bilirlər”.

Избранный
123
4
buta.tv

10Источники