Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Qarabağ ermənilərinin respublikadan köçü haqda yaydığı məlumat həqiqəti əks etdirmir.Bu sözləri Qarabağdan getmiş “siyasətçi” Akop Akopyan deyib.O bildirib ki, iyunun 1-nə olan məlumata görə, Qarabağdan Ermənistana köçən ermənilərdən 17743 nəfərin ölkəni tərk etdiyi, onlardan yalnız 7435 nəfərin geri qayıtdığı iddia edilib:“Yəni iyunun 1-nə olan məlumata görə, Qarabağdan gedən 10 308 erməni Ermənistanı birdəfəlik tərk edib. Qonşuluğumuzu tərk edənlərin sayına görə biz bu rəqəmlərə inanmırıq. Gedənlərin sayı göstəriləndən qat-qat çoxdur, lakin qeyd etmədiyimiz üçün dəqiq rəqəm deyə bilmərik”.O bildirib ki, təkcə Qarabağdan gedənlər deyil, Ermənistanda olan ermənilər də ölkəni tərk etməyə çalışır. Səbəb isə işsizlikdir:“Böyük əksəriyyət isə Rusiyaya gedir və orada məskunlaşır. Çünki Rusiyada iş tapmaq asandır, giriş-çıxışda problem yoxdur, dili də bilirlər”. \\Axar.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта