RU

"Araz Supermarket" işçilər axtarır - VAKANSİYALAR

Araz Supermarket

Memar/ Marketdaxili Yerləşim və İdarəetmə üzrə mütəxəssis

Son tarix 28 iyl 2024 - [email protected]

Öhdəliklər:

  • Obyektə ilkin baxış keçirmək və ölçü vərəqəsində ölçü işlərini aparmaq
  • Eskizlərin hazırlanması, dəyişdirilməsi, ilkin eskizin sifarişçi ilə müzakirə edilib razılaşdırılması üzrə fəaliyyətləri həyata keçirmək 
  • Avadanlıqların yerləşim planlarını təşkil etmək 
  • Obyektlərin avandanlıq və rəflərinin yerləşiminin AutoCAD proqramı vasitəsi ilə işlənməsi və yerləşimini həyata keçirmək 
  • Hesabat vermək
  • Hazırlanmış layihələri aidiyyatı bölmələrə və şəxslərə təhvil vermək

Tələblər:

  • Ali təhsil/Memarlıq 
  • 1-3 il təcrübə
  • AutoCAD, ArchiCAD  bilikləri 
  • Kreativ, diqqətli , məsuliyyətli, daimi inkişafa meyilli

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Memar/ Marketdaxili Yerləşim və İdarəetmə üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

 

İnteqre edilmiş məhsullar üzrə mütəxəssis (Anbar)

 Son tarix 25 iyl 2024 - [email protected]

Tələblər:- Ali təhsil ( Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Kimya mühəndisliyi) ; 

  • - İngilis dili arzu olunandır;
  • - Əlaqəli sahə üzrə minimum 2 il təcrübə
  • - MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır); 
  • - Analitik düşüncə, sürətli mənimsəmə qabiliyyəti, sərbəst və kollektivlə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  •  Şirkətdə inteqrə edilmiş idarəetmə sisteminin (İSO standartları, BRS, FSSC və.s ) tətbiqində iştirak etmək;
  •  Şirkətdə mövcud inteqrə edilmiş idarəetmə sisteminin işlək vəziyyətdə saxlanılması və inkişaf etdirilməsini təşkil etmək;
  • Təsdiq edilmiş proqrama və Şirkət Rəhbərliyinin tapşırıqlarına uyğun proseslərin və sistemin daxili auditlərinin təşkil edilməsi və aparılmasını təmin etmək;
  • Daxili auditlərin nəticələrinə dair hesabatların hazırlanmasını, aşkar edilmiş uyğunsuzluqların aktlaşdırılmasını, kök səbəblərin araşdırılmasını, uyğunsuzluqlara dair təhsisedici tədbirlərin hazırlanmasını, onların icrasına nəzarət və görülən tədbirlərin effektivlərinin qiymətləndirilməsini təmin etmək;
  • İnteqrə edilmiş idarəetmə sistemlərinin yaxşılaşdırılmasına dair tədbirlərdə iştirak etmək, şirkətin biznes proseslərinin effektivliyinin yüksəldilməsi yollarını və metodlarını aşkarlamaq və tətbiqini təmin etmək:

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnteqre edilmiş məhsullar üzrə mütəxəssis (Anbar)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

Избранный
85
fed.az

1Источники