Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.
Hadisə şadlıq saraylarının birində qeydə alınıb.
Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.