RU

Müharibənin gedişatında dönüş nöqtəsi ŞƏRH

“Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək.” Dövlət başçısı İlham Əliyev 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə onu da bildirmişdir ki, 25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik: “Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.”Prezident İlham Əliyevin Sərəncamı əsasında Zəfərimizin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib. 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Bu tarix bizə Zəfərimizin sevincini yaşatmaqla yanaşı, işğal dövrünü bir daha yada salmağa çağırış edir.Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı rayonu 27 il erməni işğalında qaldı. Rayon 1993-cü ilin avqustun 31-də işğal olunmuşdur. 1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Qubadlı rayonu da dirçəliş dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rayona reallaşdırdığı dörd səfərin hər biri Böyük Qayıdışa doğru atılan mühüm addımlarla zəngin olub. Belə ki, 2020-ci il 23 dekabr tarixində baş tutan ilk səfəri zamanı Azərbaycan bayrağını ucaltmışdır. 25 oktyabr 2021-ci ildə reallaşan ikinci səfər zamanı isə Xanlıq-Qubadlı yolunun təməli qoyulmuş, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları həyata keçirilmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir. Ölkə başçısının üçüncü səfəri 2022-ci il oktyabrın 19-da olmuşdur. Səfər zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı bu ilin may ayında rayona səfəri zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir.Prezident İlham Əliyevin Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Müzəffər Ali Baş Komandan 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis edərək döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusunu müvafiq Sərəncamları ilə bu medalla təltif etmişdir.Qubadlı rayonu yenidən bərpa olunur. Tezliklə soydaşlarımızın qayıtdığı ünvanlar sırasına Qubadlı rayonu da daxil olacaq.Etibar HacıyevYAP Ağstafa rayon təşkilatının sədri

Избранный
235
sesqazeti.az

1Источники