RU

AVRO-2024: Bu gün 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək.

Korrespondent.az bildirir ki, əvvəlcə meydana İngiltərə və Slovakiya yığmaları çıxacaq. 

Gelzenkirxen şəhərindəki "Feltins Arena"da oynanılacaq görüş Bakı vaxt ilə 20:00-da start götürəcək.

Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

Избранный
21
3
korrespondent.az

4Источники