RU

Hindistanda 5 hərbçi tankla dağ çayını keçərkən ÖLDÜ

Beş hind əsgəri Ladaxın dağlıq birlik ərazisində tankını Şayok çayından keçirərkən həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə hərbçilərin xidmət etdiyi Hindistanın 14-cü Ordu Korpusunun mətbuat xidməti məlumat yayıb.

"Ordu tankı suyun səviyyəsinin qəfil qalxması səbəbindən Şərqi Ladaxın Saser Branqsa yaxınlığındakı Şayok çayında qalıb. Xilasetmə qrupları hadisə yerinə gəlib, lakin güclü axınlar və suyun səviyyəsinin yüksək olması səbəbindən xilasetmə əməliyyatı uğursuz alınıb və ekipaj üzvləri vəfat edib”, - mesajda deyilir.

“Hindistan Ordusu Şərqi Ladaxda operativ dislokasiya zamanı beş cəsur şəxsi itirməsindən təəssüflənir”, - korpus komandiri bildirib.

Müdafiə naziri Rajnath Singh beş əsgərin ölümündən "dərin kədərləndiyini" bildirib. "Qurbanların ailələrinə səmimi başsağlığı verirəm. Xalq bu kədərli saatda onların yanında möhkəm dayanır", - nazir X-də (keçmiş Twitter) yazıb.

Избранный
180
50
unikal.az

10Источники