Almaniya Azad Demokratik Partiyasının (FDP) baş katibi Bijan Jir-Saray bildirib ki, Donald Tramp prezident seçkilərində qalib gələrsə, ABŞ Rusiya ilə hərbi münaqişədə Ukraynaya dəstəyi dayandıra bilər.
Musavat.com xəbər verir ki, o, bu barədə N-TV-yə müsahibəsində danışıb.
Baş katib bunun "dramatik nəticələrə" səbəb olacağını qeyd edib. “Ola bilsin ki, məsələn, Tramp administrasiyası gələn ilin əvvəlində bizə desin: “Əziz avropalılar, Ukraynadakı münaqişə sizin işinizdir”, - alman siyasətçi əlavə edib.
Jir-Saray Vaşinqtonun Avropa ölkələrinə maliyyə təhlükəsizliyini təmin etməyi dayandıracağını və diqqətini Çinlə münasibətlərə yönəltməsini təklif edib.
Bununla belə, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp son həftələrdə Rusiya-Ukrayna savaşı barədə açıqlamalar verməkdən yayınır. O, Baydenlə debat zamanı da Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı konkret açıqlamalar verməyib.
Musavat.com