RU

Madrid “Atletiko”su düşərgəsində “təmizlik” apardığını bəyan etdi

Madrid “Atletiko”su bir neçə futbolçusu ilə yollarını ayırdığı haqda bəyanat yayaraq, onlara gələcəkdə uğurlar arzulayıb.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

“Atletiko”nun “təmizlik” tədbirləri “döşəkçilər”lə müqavilə müddəti başa çatmış bir neçə futbolçunun Madridi tərk etməsi ilə nəticələnib.

Beləliklə, niderlandlı mərkəz hücumçusu Memfis Depay, mərkəz müdafiəçiləri – braziliyalı Qabriel Paulista və ispan Mario Ermoso “Atletiko” ilə vidalaşıblar.

Madrid klubu ispan sol vinger Vitolo ilə müqaviləsinə isə özü xitam verib.

“Atletiko” onlara fədakarlıqlarına və komandamızla birlikdə olduqları müddətdə göstərdikləri bütün səylərə görə təşəkkür edir, həmçinin onlara gələcək peşəkar və şəxsi işlərində uğurlar arzulayır”, – “döşəkçilər”in rəsmi bəyanatında deyilir.

Qeyd olunur ki, klub rəhbərliyinin müvafiq addımı məhz “təmizlik siyasəti” olaraq nəzərdə tutulub. Belə ki, “döşəkçilər”in yollarını ayırıdığı bütün futbolçular yaşlı və ya veterandırlar – Memfis Depayın 30 yaşı, Qabriel Paulistanın 33 yaşı, Mario Ermosonun 29 yaşı, Vitolonun isə 34 yaşı var.

Vurğulanır ki, Madrid klubu yeni mövsümə təravətli və iddialı komanda qurmaq istəyir. Odur ki, “döşəkçilər” gəncləşdirmə siyasətinə daha çox güvənirlər. Yay transfer pəncərəsinin rəsmən açılması ilə “Atletiko” komandanın yenidən qurulması istiqamətində fəaliyyətə keçəcək. Madrid klubu komandanın argentinalı baş məşqçisi Dieqo Simeonenin məsləhəti ilə bir neçə transferi gerçəklədirməyi hədəfə alıb.

Xatırladaq ki, Madrid “Atletiko”su İspaniya La Liqasının 2023/2024 mövsümündə 38 oyuna topladığı 76 xalla 4-cü yeri tutub və yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
arena.az

1Источники