RU

Ukraynanın 5 vilayətinin sakinləri işıqsız qalıb

Ukraynanın Kiyev, Sumı, Çerniqov, Xarkov və Dnepropetrovsk vilayətlərinin sakinləri qismən işıqsız qalıb.

Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

“Kiyev vilayətində texnoloji səbəblərə görə səhər saatlarında 935 abunəçinin enerjisi kəsilib”, – məlumatda deyilir.

Bundan əvvəl Ukraynanın beş regionunda hava hücumu siqnalları səslənib.

DOĞRU.AZ

Избранный
146
dogru.az

1Источники