RU

Spaletti istefaya göndərilməyəcək

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina millinin baş məşqçisi Luçano Spalettinin vəzifəsini icra etməkdə davam edəcəyini bildirib.

“Biz Spallettiyə tam güvənirik, onunla birlikdə irəliləyəcəyik. Bizim heyətimizdə əvvəllər heç vaxt millidə çıxış etməyən uşaqlar olduğu üçün Avropa çempionatını qazanmağa ümid etməyə haqqımız yox idi. 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının qalibi olduq, lakin bu uşaqlardan heç biri indiyədək ölkənin əsas komandasında çıxış etməyib”, – deyə Qravina bildirib.

Xatırladaq ki, Spaletti 2023-cü ilin avqustundan İtaliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında italyanlar Avro-2024-ə yüksəlib. Turnirdə komanda İspaniya, Xorvatiya və Albaniya ilə birlikdə B qrupunda yer alıb. Üç turdan sonra İtaliya dörd xal toplayaraq B qrupunun turnir cədvəlində ikinci yeri tutub. Avro-2024-ün 1/8 finalında italyanlar İsveçrə komandasına uduzaraq (0:2) turniri tərk ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
2
futbolinfo.az

4Источники