RU

Səudiyyə Ərəbistanı öz vətəndaşlarını Livanı mümkün qədər tez tərk etməyə çağırıb

Səudiyyə Ərəbistanı İsraillə Hizbullah arasında gərginliyin artması fonunda öz vətəndaşlarını Livanı mümkün qədər tez tərk etməyə çağırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi açıqlama yayıb. 

Bəyanatda səfirliyin Livanın cənubundakı hadisələri yaxından izlədiyi bildirilib. Eyni zamanda, vətəndaşların bu ölkəyə səfərdən çəkinməyə və orada olanların dərhal Livan ərazisini tərk etməyə çağırış edilib. 

Almaniya, Hollandiya, Kanada və Küveyt keçən həftə oxşar xəbərdarlıqlar etmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
1
operativmedia.az

2Источники