Belarus Xarici İşlər Nazirliyinin yeni rəhbəri Maksim Rıjenkov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
7Times.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Belarus-Rusiya təmaslarının qrafiki, ikitərəfli əməkdaşlıq və ölkələrin müxtəlif beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyəti müzakirə edilib”, – o bildirib.