Belarus Xarici İşlər Nazirliyinin yeni rəhbəri Maksim Rıjenkov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. BUTA.TV xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. "Belarus-Rusiya təmaslarının qrafiki, ikitərəfli əməkdaşlıq və ölkələrin müxtəlif beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyəti müzakirə edilib", - o bildirib.