RU

İlham Şaban: ""Neftdən bizə heç nə çatmadı” fikrində yaşayan vətəndaşlar bilməlidirlər ki, yaxşı gəlir gələndə, Aİ-92-ni 40 qəpiyə alırdılar"

Soruşurlar ki, yerli istehsal Ai-95 niyə belə baha oldu? Digər yanacaq markalari niyə bahalaşdı? Məntiqi cavabı budur ki, Avro-2 keygiyyətdə olan yanacaq axı Avro-5 keyfiyyətdə təklif edilən yanacaqla eyni qiymətdə ola bilməz axı.

 

Pravda.az xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.

 

"2015-ci ildən hissə hissə modernləşdirilən H.Əliyev adına NEZ-ə SOCAR N qədər kapital xərcləyib (rəsmən cəmi 2 dəfə elan etmişdi ki, mümkün xərcləri 2015-də 800 milyon manat, 2018-də 2,5 milyard manat, reallıqda nə qədər xərcləyib məlumatım yoxdur) və onun geri qaytarılması məhz neft məhsullarının satışı hesabına baş verməlidir. Və nəhayət… “neftdən bizə heç nə çatmadı” fikrində yaşayan vətəndaşlar bilməlidirlər ki, neftdən yaxşı gəlir gələndə, 1 litr Aİ-92 markalı benzini 40 qəpiyə alırdılar... İndiki qiymət bazarın və ölkənin iqtisadi vəziyyətinin mövcud reallıqlarına hesablanıb", - o qeyd edib.

Tarix: 30 İyun 2024, 22:05   
Избранный
167
pravda.az

1Источники