Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı \"Milli Birlik\" partiyası liderlik edir.
Bu barədə \"BFM TV” telekanalı məlumat yayıb.
Beləliklə, \"Milli Birlik” partiyası 33% səslə liderdir. Solçu \"Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb.
Prezident Emmanuel Makronun rəhbərlik etdiyi \"Respublika naminə birlik” koalisiyası isə 22% səslə üçüncüdür./apa