RU

ABŞ-də şok sorğu! Əksəriyyət Baydenin səhhətinin pis olduğunu düşünür

İyunun 27-nə keçən gecə ilk canlı yayım debatından sonra Baydenin sağlamlıq vəziyyəti ilə bağlı müzakirələr davam edir.
ABŞ-də aparılan sorğu Bayden üçün şok nəticəni üzə çıxarıb. Baydenin səhhətinin prezidentliyə uyğun olmadığına inananların nisbəti yüzdə 72 faizdir.
Sherg.az xəbər verir ki,  sorğu iştirakçıların əksəriyyəti hesab edir ki, Bayden "prezident kimi xalqa xidmət etmək üçün psixi və idrak sağlamlığına" malik deyil.

Sorğunun nəticələrinə görə Baydenin səhhətinə görə prezident seçkilərindən geri çəkilməli olduğuna inananların 46 faizi Demokratik seçicilərdir.

Eyni sorğuda Respublikaçı namizəd Donald Trampın prezident olmaq üçün lazımi psixi və koqnitiv sağlamlığın olub-olmaması ilə bağlı suala 50 faiz “bəli”, 49 faiz isə “yox” cavabını verib.


Избранный
78
1
sherg.az

2Источники