RU

AFFA-ya üsyan: futbolçular milli komandanın düşərgəsinə gəlmək istəmir

Rövşən Nəcəf AFFA prezidenti olandan bəri futbol təsərrüfatında maliyyə problemləri hssediləcək qədər artıb. Klublarıniki aydır dövlər yardımını ala bilməməsi təsadüfi deyil.

Əslində, futbolda dəyişən heç nə yoxdur. Əvvəlki prezident Röcnəq Abdullayev də paralel olaraq SOCAR-a rəhbərlik edirdi. Amma o zaman hər şey qaydasında idi. Nəcəfin gəlişindən sonra isə nizam itib. Gürcüstan yığmasının Avropa Çempionatındakı uğurlu çıxışı üçün güzəştlər nəzərdə tutan şirkətin rəhbərliyi, əvəzində Azərbaycan futbolunu yaddan çıxarıb.

Klublar üçün nəzərdə tutulan maliyyənin yubanmasının izahını verə bilən kimsə yoxdur. Halbuki klublar üçün həmin pulların indi çox böyük önəmi var. Köhnə mövsümdən qalan borclar, yeni mövsümün hazırlığının təşkili – hamısı maliyyədən asılıdır. Ciddi sponsoru olmayan, dövlət yardımından böyük ölçüdə asılı olanlar çıxılmaz vəziyyətdədir.

Nəcəfin diqqətdən kənar qoyduğu təkcə klublar deyil. AFFA prezidenti milli komandalarda da ayrıçeçkilik edir və bu, üsyana səbəb olub.

Kişilərdən fərqli olaraq, son vaxtlar üzümüzü güldürən qadın futbolçulardan ibarət Azərbaycan millisi daha bir tarixi uğurun astanasındadır. Avropa çempionatının seçmə mərhələsinin B Liqasında qərarlaşan komandamız, ötən matçda Türkiyə üzərində qələbə qazanmaqla pley-off şansı yaxalayıb. Yer aldığı 1-ci qrupda 4 turdan sonra aktivində 4 xalı olan Siyasət Əsgərovun yetirmələri növbəti turda Bakıda Macarıstanı məğlub edərsə, son tur öncəsi ikinci yerə yüksələ bilər.

Macarlarla vacib qarşılaşmaya iki həftədən də az vaxt qalıb. Lakin millimizin nə heyəti, nə də toplanış proqramı açıqlanıb. Səbəb isə heç də adi məsələ deyil.

Problem ondadır ki, qızlarımız artıq üsyana qalxıblar. Nə B Liqasına yüksələndə, nə də burada uğurlu nəticə qazananda gözlədikləri dəyəri görə bilmirlər. Azarkeşlərdən incik olan qızlarımızın mükafatı da qəpik-quruş olur. Bu isə futbolçuların narazılığına yol açıb. Milli üzvlərinin özlərinə görə doğruları da var: kişilərdən ibarət komandanın məğlubiyyətə görə aldığı mükafat, qızların qələbəyə görə aldığı mükafatdan qat-qat çoxdur. Və hətta həmin maliyyə də ödənilmir. Son qələbəyə görə ayrılan kiçik mükafat bugünədək ödənilməyib.

Vəziyyət o həddə çatıb ki, qızlar millinin düşərgəsinə gəlmək istəmirlər. Heyətin bəlli olmamasının səbəbi də məhz budur. Bu isə məşqçilər korpusunu ciddi narahat edir. Qızları razı salmaq mümkün olmasa, baş məşqçi Siyasət Əsgərov yığmadan imtina edənlərin boşluğunu U-19-un üzvləri ilə doldurmalı olacaq. Belə durumda isə tarixi uğura ümid etmək bir tərəfə, hətta Macarıstana böyük hesabla uduzmamağa sevinərik.

Qeyd edək ki, Azərbaycan – Macarıstan görüşü iyulun 12-də “Liv Bona Dea Arena”da keçirəcək.

FƏRİD

Избранный
106
futbolinfo.az

1Источники