RU

"Lukaşenkonun oğlu kimliyini gizlətməyə çalışır" - Hao Ping

"Belarus Prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay Lukaşenko Pekin Universitetində belaruslu mübadilə tələbələri qrupunun tərkibində təhsil alır və kursun ən yaxşı tələbəsidir".

 

Sfera.az xəbər verir ki, bunu Pekin Universitetinin Partiya Komitəsinin katibi Hao Ping "Belarus 1" telekanalına müsahibəsi zamanı bildirib.


Universitet rəsmisinin sözlərinə görə, kiçik Lukaşenko kimliyini gizlətməyə çalışır:

 

"O, çox təvazökardır. Heç kimə kimliyini açıqlamayıb. Deyir ki, prezident oğlu olsa da, çox yaxşı oxumaq istəyir, bundan sui-istifadə etmir. O, təvazökar gəncdir".

 

Bundan əvvəl Aleksandr Lukaşenko bildirib ki, Nikolay Belarus Dövlət Universitetində (BDU) , Belarus və Çinin birgə təhsil proqramı üzrə biotexnologiya üzrə təhsil alır - BDU və Pekin Universiteti birgə qrup yaradıblar. Prezidentin qeyd etdiyi kimi, tədris ingilis dilində aparılır. Lukaşenkonun oğlu təhsilini başa vurduqdan sonra iki diplom alacaq.

 

İnci

Избранный
187
1
sfera.az

2Источники