RU

Aİ-nin elektrik enerjisi istehsalı sürətlə “karbonsuzlaşdırılır”

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələrində ilk yarımildə ümumi elektrik enerjisi istehsalının dörddə üçü bərpa olunan və aşağı karbonlu enerji mənbələri hesabına təmin edilib.

Banco.az xəbər verir ki, Avropanın enerji sektorunu təmsil edən və elektrik enerjisinin istehsalı, paylanması və təchizatı sahəsində fəaliyyət göstərən 3500-dən çox təşkilatı birləşdirən Brüsseldə yerləşən “Eurelectric” şirkəti Aİ-nin elektrik enerjisi istehsalına dair birinci yarımil məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Aİ ölkələrinin indiyə qədərki ən “yaşıl” elektrik enerjisi istehsalı bu dövrdə baş tutub, təmiz mənbələrdən elektrik enerjisi istehsalı rekord vurub.

Məlumatlara görə, 2024-cü ilin birinci yarısında Aİ-də istehsal olunan elektrik enerjisinin 74 faizi bərpa olunan və aşağı karbonlu enerji mənbələri hesabına təmin edilib. Bu dövrdə günəş və külək kimi bərpa olunan mənbələr Avropada bütün elektrik enerjisi istehsalının 50 faizindən çoxunu təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
96
banco.az

1Источники