RU

"Şamaxı"da yeni qapıçı

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” komandası heyətini gücləndirib.

Klubdan Sportnet.az-a verilən məlumata görə, bölgə təmsilçisi qapıçı Kamal Bayramovu transfer edib.

39 yaşlı qolkiperlə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, K.Bayramovun son klubu “Turan Tovuz” olub.


Избранный
86
sportnet.az

1Источники