Xəzər rayonu, Şüvəlan qəsəbəsinin sakinləri susuzluqdan əziyyət çəkirlər.
Qəsəbənin 3-cü dalan adlanan ərazisində yaşayan sakinlər deyirlər ki, ətraf küçələr su ilə təmin olunsa da, onların küçəsinə su xətti çəkilmir:
“1-ci, 2-ci, 4-cü və 5-ci dalana su çəkilib. Amma daha çox sakinin yaşadığı 3-cü dalan susuz qalıb. Küçənin birində ağ, digərində qara adamlar yaşayır?”
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem həllini tapmır.
Daha ətraflı Baku TV-nin süjetində:
TEMPİNFO