RU

Dünya Bankı Ermənistana 110 milyon dollar ayırdı - SƏBƏB

Dünya Bankının İcraçı Direktorlar Şurası Ermənistanın hərtərəfli sağlamlıq imkanları proqramını dəstəkləmək məqsədilə 110 milyon ABŞ dolları krediti təsdiqləyib.

Yeni kreditin məqsədi bütün ölkə ərazisində tibbi xidmətlərin əlçatanlığını təmin etmək və səhiyyə sektorunda dövlət xərclərinin səmərəliliyini artırmaqdır.

Buraya tibb bacılarının və ailə həkimlərinin hazırlığının təkmilləşdirilməsi, təyin olunmuş dərman vasitələrinin qiymətlərinin aşağı salınması kimi proqramlar daxildir.

Mənbə: bizim.media

Aqreqator
Избранный
108
bizim.media

1Источники